Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Xocavənd rayonunun Hadrut qəsəbəsində mobil bazası yaradılacaq.
“İki sahil” xəbər verir ki, eyni zamanda mövcud bazaların genişləndirilməsi işləri aparılacaq.
Belə ki, ANAMA artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Agentlik sözügedən işlərin icrasını "Şəmkir Tikinti-18" Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, ASC-yə 1,9 milyon manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu “Şəmkir Tikinti-18" 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 64 458 manat olan ASC-nin qanuni təmsilçisi Abdullayev Vaqif Çingiz oğludur.