Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bildirib ki, nazirlik 2875 nəfərin Rusiya vətəndaşlığını ləğv edib.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Bu addımın əsas səbəbləri onların bir sıra cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və ilkin olaraq hərbi xidmətə getməmələri olub.