08 oktyabr 2025 11:45
104

Türkiyədən Rusiyaya uçuşlar niyə gecikir?

Antalyadan Rusiya şəhərlərinə uçuşların gecikməsinə səbəb uçuş tarixləri və saatlarının dəyişməsi olub.

“İki sahil” xəbər verir ki, bu barədə Türk Hava Yollarından "RİA Novosti"yə məlumat verilib.

Aviaşirkət əmin edib ki, reyslər yaxın vaxtlarda həyata keçiriləcək.

"Sərnişinlər əvvəlcədən reysin gecikmələri barədə xəbərdar edilib. Uçuşlar bu gün, yaxın vaxtlarda yerinə yetiriləcək", - aviaşirkətin nümayəndəsi qeyd edib.

Qeyd edəki ki, yüzlərlə rusiyalı turist Türk Hava Yollarının Moskva və Sankt-Peterburqa uçuşlarının gecikməsi səbəbindən Antalya hava limanında qalıb.