08 oktyabr 2025 13:28
101

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a çağırış edib

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, ABŞ administrasiyası və amerikalı hərbçilər “Tomaqavk” qanadlı raketlərinin Ukraynaya mümkün ötürülməsinə ayıq, ağıllı və məsuliyyətlə yanaşmalıdırlar.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

"Belə sistemlərin hipotetik istifadəsi yalnız amerikalı personalın birbaşa iştirakı ilə mümkündür. Ümid edirəm ki, Vaşinqtonu bu vəziyyətdə belə qərar qəbul etməyə sövq edənlər nəticələrin dərinliyini və ciddiliyini yaxşı bilirlər", - deyə, Sergey Ryabkov bildirib.