08 oktyabr 2025 13:47
98

Belçika baş nazirinin mövqeyi Aİ liderlərini qıcıqlandırıb

Belçikanın baş naziri Bart de Veverin Aİ ölkələrini Belçikada saxlanılan dondurulmuş Rusiya aktivlərinə həbs qoyulması risklərini bölüşməyə çağıran mövqeyi bəzi Aİ liderlərini qıcıqlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. 

Xüsusilə də Belçikanın baş nazirinə son üç ildə İsveç, Danimarka və Almaniya ilə müqayisədə Ukraynaya hərbi dəstəyin “nisbətən aşağı səviyyədə” olduğu xatırladılıb.

Bundan əlavə, Vever-in mövqeyi tənqid edilib, çünki Euroclear-ın mənfəəti Belçikada korporativ vergiyə cəlb olunur.

Nəşrin mənbələrinə görə, Avropa İttifaqı bütövlükdə Ukraynaya “təzminat krediti” vermək üçün təxminən 190 milyard avro dəyərində dondurulmuş Rusiya aktivlərindən istifadəyə icazə almaq üçün Belçikaya təzyiqləri artırıb.