Yasamal rayonunun bəzi ərazilərinə təbii qazın verilişində fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonunun Nizami küçəsi ilə İ.Səfərli küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar 13.10.2025-ci il tarixdə saat 10:00-dan işlər tamamlananadək qaz təchizatı dayandırılacaq.
"Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Nizami, Bülbül, R.Rza, N.Rəfibəyli, T.Xəlil, M.İbrahimov, M.Muxtarov və İçərişəhər küçəsinin, eləcə də Azərbaycan prospektinin qaz təchizatında fasilə yaranacaq",-qurumdan əlavə edilib.
Bakı Ali Neft Məktəbinin 30 tələbə və məzunu 2025-ci ildə bp-dən iş təklifi alıb
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb - FOTO