Şair Əlisəmid Kür (Cəfərli) vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə Trend-ə şairin yaxınları məlumat veriblər.
Məlumata görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.