15 oktyabr 2025 17:42
120

Hikmət Hacıyev Almaniya kanslerinin müşaviri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Federal Kanslerin Xarici və Təhlükəsizlik Siyasəti üzrə müşaviri Günter Sautter ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

Qeyd edilib ki, görüşdə iki ölkə arasında ikitərəfli və regional məsələlər müzakirə olunub:

"Regionda yaranmış yeni sülh dövrü əlaqələrimizin və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır".