Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə “Taxtakörpü” su anbarında 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.
“İki sahil” nazirliyə istinadla xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nəzdində yeni şöbə yaradılacaq
Mobil telefonlardan istifadə yalnız dərsdənkənar vaxtlarda və məktəbdaxili qaydalara uyğun şəkildə tənzimlənməlidir