Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlardır.
"İki sahil" "report"a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bəyan edib.
Dövlət başçıları ikitərəfli əməkdaşlığın ticari-iqtisadi, investisiya, aqrar və tranzit-nəqliyyat sahələrində genişləndirilməsi perspektivlərini ətraflı müzakirə ediblər.
Xüsusi diqqət mədəni-humanitar qarşılıqlı fəaliyyətə yönəldilib.
Tərəflər, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.