Azərbaycan və Qazaxıstan uzun illərdir ki, strateji əməkdaşlıq münasibətlərinə malikdirlər. Səfər 2005-ci illərdən möhkəmlənən bu əməkdaşlıq çərçivəsində baş tutmuşdur. Səfərin keçirildiyi 2025-ci il, Azərbaycan-Qazaxıstan arasında “Strateji Tərəfdaşlıq və Müttəfiqlik” müqaviləsinin XX illiyinə təsadüf edir.
Avrasiya məkanında nəqliyyat-loqistika marşrutlarının, enerji layihələrinin və “Orta Koridor” kimi yeni tranzit istiqamətlərinin aktuallığı artmaqdadır. Eyni zamanda, Cənubi Qafqazda vəziyyət dəyişməkdədir. Azərbaycan-Ermənistan münasibətlərində normallaşma işarələri görünməkdədir və bu, regionda yeni iqtisadi imkanların doğmasına zəmin yaradır. Bu fonda İlham Əliyevin səfəri həm ikitərəfli, həm də regionlararası strateji əməkdaşlıq üçün əlamətdar addım olmuşdur.
Səfər çərçivəsində bir sıra əhəmiyyətli razılaşmalar əldə edilmiş və əsas sahələr üzrə əməkdaşlıq konkretləşdirilmişdir. İki ölkə “Orta Koridor” və Trans-Xəzər nəqliyyat marşrutlari çərçivəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlmişdir. Qazaxıstan-Azərbaycan nəqliyyat şəbəkələrinin, gömrük prosedurlarının və tariflərin uyğunlaşdırılması istiqamətində addımlar atılacağı bəyan edilmişdir. Azərbaycan tərəfi bu marşrutların Avropa–Asiya- arasında ticarət axınlarını artırmaq üçün mühüm olduğunu vurğulamışdır.
Enerji sahəsində — o cümlədən elektrik ötürülməsi (Xəzər dənizi altından kabel kimi layihələr daxil olmaqla), neft və qaz məhsullarının marşrutlarının diversifikasiyası — əməkdaşlığın genişlənməsi nəzərdə tutulur. Qazaxıstanın neft və uran hasilatı perspektivləri ilə Azərbaycanının nəqliyyat-infrastruktur imkanlarının birləşdirilməsi mövzusu gündəmə gəlmişdir.
Azərbaycan – Qazaxıstan münasibətlərinin “strateji tərəfdaşlıq və müttəfiqlik” səviyyəsinə çatması iki məmləkət arasında daha dərin inteqrasiya perspektivini açır. Nəqliyyat-loqistika mehcanizmalarının inkişafı Avrasiya məkanında Azərbaycan və Qazaxıstanı tranzit və logistik mərkəzlərə çevirə bilər. Enerji sahəsində divsersifikasiyanın gücləndirilməsi və marşrutların şaxələndirilməsi regionda enerji təhlükəsizliyinin və iqtisadi dayanıqlığın artmasına böyük töhfə verir.
Əminə Ağazadə,
Milli Məclisin deputatı