28 oktyabr 2025 10:06
97

Rumıniya Senatının sədri Azərbaycana gəlib

Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean Azərbaycana səfərə gəlib.

“İki sahil” xəbər verir ki, səfərin məqsədi Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etməkdir.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Rumıniya Parlamenti Senatının sədrini Milli Məclis sədrinin müavini Rafael Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.