Yaxın illərdə Yer kürəsinin temperaturu 1,5°C-dən çox artacaq, lakin bu artımın müvəqqəti olması üçün tədbirlər görmək hələ də gec deyil.
“İki sahil” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş bildirib.
"Gəlin uğursuzluğumuzu etiraf edək. 1,5°C həddini aşmaq dağıdıcı nəticələrə səbəb olacaq", - o qeyd edib.
BMT-nin Baş katibi Braziliyada keçiriləcək COP30-da toplaşacaq dünya liderlərini zərərli tullantıların azaldılmasını nə qədər çox təxirə salarlarsa, fəlakətli nəticələrin ehtimalının da bir o qədər artacağını etiraf etməyə çağırıb.