Yaxud Ramiz Mehdiyevin məktubu dağıdıcı müxalifət düşərgəsini niyə qarışdırdı?..
Bu günlərdə Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq sədri, hazırda cinayət məsuliyyətinə cəlb olunmuş, vətənə xəyanət və cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərin leqallşadırılması madələri ilə ağır cinayətlərdə ittiham edilən Ramiz Mehdiyevin ölkəmizdə dövlət çevrilişi həyata keçirmək istədiyi ilə bağlı üzə çıxan məktubu dağıdıcı müxalifət düşərgəsinin “başbilənləri”ni yumşaq tərzdə desək, üz-üzə qoyub. Belə ki, iki gün bundan əvvəl Mehdiyevin məktubuna münasibət bildirən Müsavat Partiyasının başqanı İsa Qəmbər qeyd edib ki, seçki, referendum, islahat, hakimiyyət bölgüsü və sair demokratiya atributlarının gen-bol təkrarlanmasına baxmayaraq, təklif edilən model gerçək diktaturaya zəmin yaradan avtoritar hakimiyyət sistemidir.
İ.Qəmbərin fikirlərinə münasibət bildirən Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı öz növbəsində bildirib ki, Ramiz Mehdiyevin yazdığı məktub təxminən 2003-cü ildə Etibar Məmmədovun onlara təklif etdiyi modelə oxşayır (həmin vaxt Azərbaycanda prezident seçkisi keçirilirdi və bir neçə müxalifət partiyası aralarında gələcək hakimiyyətin bölgüsünü aparırdı. Yəni, Dövlət Şurası sədrinin ümumxalq səsverməsindən keçmədən dövlətə rəhbərlik etməsi nəzərdə tutulurdu. Müsavat Partiyasının funksionerinin bu fikirlərinə cavab verən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov isə Arif Hacılının reallığı təhrif etdiyini bildirib. Ə.Orucov qeyd edib ki, Etibar Məmmədov həmin dövrdə ən demokratik, ədalətli və hər kəsi qane edən bir təklif irəli sürmüşdü.
A.Hacılı Ə.Orucova cavab verərək bildirib ki, yazdığı şərhdə məqsəd Etibar Məmmədovun İsa Qəmbərə prezident seçkilərində güzəştə getməsi ilə bağlı illərdir dolaşan spekulyasiyalara son qoymaq idi: “Fikirlərimin reallığı təhrif etdiyini düşünənlər, əgər o proseslərdə iştirak ediblərsə, yaxşı olar ki, faktlara əsaslansınlar. Güman edirəm ki, onların çoxu həmin proseslərdə iştirak etməyib”.
Ə.Orucov da A.Hacılını, necə deyərlər, cavabsız qoymayıb. AMİP funksioneri mətbuata verdiyi açıqlamada bildirib ki, 2003-cü il hadisələri haqqında bəzi şəxslərin baxışları təhrif olunmuş şəkildədir: “İsa Qəmbərin qarşısına iki şərt qoyulmuşdu: ya Baş nazirin səlahiyyətləri genişləndirilməli, ya da Prezidentin səlahiyyətləri qəbul edilməli idi. O isə bildirdi ki, “mən səlahiyyətsiz prezident olmaq istəmirəm, bütün səlahiyyətlər məndə olmalıdır”. Buna görə də razılaşma pozuldu. Seçkidə İsa Qəmbər uduzdu, etirazlar başladı. Lakin Dövlət Şurası sədrinin ümumxalq səsverməsindən keçmədən dövlətə rəhbərlik etməsi modeli həmin təklifdə yer almamışdı”.
Etibar Məmmədov isə Arif Hacılının iddiasını cəfəng adlnadıraraq bildirib ki, o, belə cəfəng fikirlərə münasibət bildirmək istəmir.
Sular getdikcə durulur və əsl həqiqtlər yavaş-yavaş üzə çıxır. Heç kimə sirr deyil ki, radikal müxalifətin səsli-küylü, pafoslu, necə deyrələr, beş-üç nəfərdən ibarət qohum- qardaş mitinqlərinin və idarəolunan “etiraz”larının təşkil olunmasında R.Mehdiyevin və komandasının əli olub. Müxtəlif bəhanələrlə ayrı-ayrı xarici ölkələrdə sığıncaq tapan üzdəniraq “söyüş müxalifəti” nin təşkil olunmasında Mehdiyev qaragürunun barmağının olmasına artıq kimsədə şübhə yeri qalmır. Son günlər xaricdəki bu xəyanətkar dəstənin çirkli pullar qarşılığında fəallaşması və müxtəlif üsullardan, necə deyərlər, priyomlardan istifadə edərək Mehdiyəvə dəstək vermələri bəzi qaranlıq mətləblərin üzərinə işıq salır. Belə ki, R.Mehdiyevin merkantil maraqlarına, şəxsi ambisiyalarına görə daim Azərbaycanın əleyhdarları ilə işbirliyində olduğunu açıq-aşkar görmək olur.
Burada bir məsələni xüsusilə vurğulamaq istərdik. Belə ki, xəyanətkar “siyasi mühacir” sürüsünün ən fəal üzvlərindən olan Qənimət Zahid və Tural Sadıqlı “Azərbaycasn saatı” və Azad söz”də dəfələrlə bildirblər ki, iqtidar komndasından onlara məlumatlar ötürülür. Bu gün R. Mehdiyevlə bağlı baş verənlər xarici dövlətlərin təhlükəsizlik orqanlarının əlində alətə çevrilən “siyasi mühacir” kod adlı zombi sürüsünə informasiyaların kimlərin ötürməsinə aydınlıq gətirir. Necə deyərlər, görünən kəndə bələdçi lazım deyil.
Zahid Rza, “İki sahil”