 
                    ABŞ-ın paytaxtı Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasında Ramsfeld Fondu Mərkəzinin Asiya-Qafqaz Təqaüd Proqramının (CAMCA) iştirakçıları ilə görüş keçirilib. “İki sahil” xəbər verir ki, görüşdə açılış nitqi ilə çıxış edən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov qonaqlara palatanın fəaliyyəti barədə məlumat verib. O, təmsil etdiyi qurumda proqramın iştirakçıları ilə görüşün artıq ənənəvi hal aldığını diqqətə çatdırıb.
Daha sonra çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bildirib ki, ABŞ Prezidenti Donald Tramp hazırda region və Orta Asiya ölkələri ilə dərin əməkdaşlıq etməyə və münasibətləri inkişaf etdirməyə çalışır. Səfir, həmçinin avqust ayında ABŞ liderinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Ağ Evdə keçirilmiş görüşünü xatırladaraq, Cənubi Qafqazda sülhün hökm sürdüyünü və Orta Asiyada isə böyük inkişafın müşahidə olunduğunu vurğulayıb. O, deyib ki, bu irəliləyiş insanlar, hökumətlər, bizneslər, vətəndaş cəmiyyətləri üçün ABŞ ilə əməkdaşlıqda bir çox imkanlar açacaq.
CAMCA Təqaüd Proqramının direktoru David Soumbadze proqramın əsas məqsədinin Cənubi Qafqaz, Orta Asiya, Əfqanıstan və Monqolustan arasında və ümumilikdə bu 10 ölkənin ABŞ ilə əlaqələrini gücləndirmək olduğunu bildirib. Onun sözlərinə görə, həmin ölkələrdən olan gənc və istedadlı liderlər hər il bu proqramın iştirakçısına çevrilirlər və ABŞ-da administrasiyada, beyin mərkəzlərində, mediada və digər sahələrdə görüşlərə qatılırlar.
O, gələn ilin iyununda Bakıda keçiriləcək CAMCA forumu ilə əlaqədar builki proqramın xüsusilə əlamətdar olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, CAMCA 2008-ci ildən hər il yaz və payız aylarında Mərkəzi Asiya, Əfqanıstan, Monqolustan və Cənubi Qafqazda olan 10 ölkədən iştirakçını bir araya gətirən təqaüd proqramıdır. Proqram 5 həftə davam edir.
 Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatıb - Hikmət Hacıyev
                                
                                    
                                    
                                
                                
                                
                                    Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatıb - Hikmət Hacıyev
                                 Monteneqro Ombudsmanı Podqoritsada Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məsələni nəzarətə götürüb
                                
                                    
                                    
                                
                                
                                
                                    Monteneqro Ombudsmanı Podqoritsada Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məsələni nəzarətə götürüb 
                                 Milli Məclis Zəfər Günü münasibətilə Prezident və Birinci vitse-prezidenti təbrik edib
                                
                                    
                                    
                                
                                
                                
                                    Milli Məclis Zəfər Günü münasibətilə Prezident və Birinci vitse-prezidenti təbrik edib