31 oktyabr 2025 11:23
123

Milli Məclisdə jurnalistlərə qoyulan qadağa ləğv edildi

Milli Məclisdə jurnalistlər üçün tətbiq olunan telefon qadağası aradan qaldırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı Real TV-nin redaktoru Mahir Məmmədli paylaşıb.

O, qərarın qəbuluna görə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin yeni rəhbərliyinə, həmçinin bu məsələdə daim media nümayəndələrinin problemlərinin həllinə dəstək göstərən Milli Məclis rəhbərliyinə və spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Qeyd edək ki, uzun illərdir jurnalistlərin Milli Məclisə mobil telefonla daxil olmasına icazə verilmirdi.

Yeni qərarla bu məhdudiyyət artıq qüvvədən düşüb.