 
                    Dünən DTX tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayevin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə qonşu olduğu üzə çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə metbuat.az-a məlumat verən şəxsin dediyinə görə, İslam Rzayev Göyçay rayonunun Hüngütlü kəndində özünə dəbdəbəli ev tikdirib. Həmin kənddə Ramiz Mehdiyevin də əzəmətli villası var. Bu villanın ona keçmiş nəqliyyat naziri Ziya Məmmədovun hədiyyə etdiyi bildirilir.
Qeyd edək ki, Ramiz Mehdiyevin Göyçayda villa sahibi olduğu barədə məlumatlar bir neçə il əvvəl yayılıb. KİV-in ididasına görə, villa 4 hektar ərazini əhatə edir və hər tərəfdən 6 metr hündürlükdə hasarla əhatə olunub. Villanın ərazisində vertolyot enmək üçün xüsusi meydança var.
Xatırladaq ki, bu gün həbs edilən İslam Rzayev də əslən Göyçay rayonundandır. O, Hüngütlü kəndindəki villa ilə yanaşı, 50 hektar nar bağına da sahibdir.
 
                    
 
                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri  Göygöl rayonunda vətəndaşlarla görüşüb
                                
                                    
                                    
                                
                                
                                
                                    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri  Göygöl rayonunda vətəndaşlarla görüşüb 
                                 Aqrar sığorta Qarabağda: Xocalı rayonunda fermerlərə aqrar sığorta təlimi keçirilib
                                
                                    
                                    
                                
                                
                                
                                    Aqrar sığorta Qarabağda: Xocalı rayonunda fermerlərə aqrar sığorta təlimi keçirilib