02 noyabr 2025 11:15
214

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib.

“İki sahil” Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata istinadən xəbər verir ki, müxtəlif ölkələrin dövlət, hökumət və parlament rəhbərlərinin iştirak etdiyi tədbirdə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin iştirakçılara müraciəti səsləndirilib. Həmçinin, Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli salamlama nitqi söyləyib.

Açılış mərasimi Misir mədəniyyətini əks etdirən bədii proqramın nümayişi ilə davam edib, daha sonra muzeyin ən simvolik artefaktlarının sərgisi nümayiş olunub. 

Qeyd edək ki, muzeydə Misir sivilizasiyasının müxtəlif dövrlərinə aid eksponatlar və 100.000-dən çox artefakt mövcuddur.