05 noyabr 2025 08:55
119

"Qarabağ" "Çelsi"yə qarşı

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxacaq.

Həmçinin oxuyun: "Çelsi" Bakıya bu heyətlə gəldi

Qurban Qurbanovun komandası Bakıda İngiltərə nəhəngi “Çelsi”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

"Çelsi" hazırda turnir cədvəlində 13-cü, "Qarabağ" isə 15-ci pillədə qərarlaşıb. Hər iki komandanın 6 xalı var.

Xatırladaq ki, “Qarabağ” “Çelsi” ilə artıq iki dəfə qarşılaşıb.  Ağdam təmsilçisi 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Londonda 0:6, Bakıda isə 0:4 hesabı ilə rəqibinə uduzub.

UEFA Çempionlar Liqası, 

Liqa mərhələsi, 4-cü tur

5 noyabr

21:45. "Qarabağ" (Azərbaycan) – "Çelsi" (İngiltərə)
Baş hakim: Sebastian Qishamer (Avstriya)
Tofiq Bəhramov adına Respublika Stadionu