05 noyabr 2025 09:55
118

UEFA Gənclər Liqası: Azərbaycan komandaları növbəti matçlarını keçirəcəklər

"Sabah" və "Qarabağ" klublarının U-19 komandaları UEFA Gənclər Liqasında növbəti matçlarını bu gün keçirəcəklər.

“İki sahil” xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələsinin IV turunda, Bakıda İngiltərənin "Çelsi" kollektivini qəbul edəcək.

Oyun "Azərsun Arena"da, saat 15:00-da start götürəcək.

"Sabah" isə UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi "Nant"ı qəbul edəcək. Bu görüş Əlincə sradionunda, saat 17:00-da başlayacaq. "Bayquşlar" səfərdəki ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzub.