05 noyabr 2025 11:43
81

Azərbaycan Həndbol Federasiyasının Məşqçilər Şurasının iclası keçirilib

Azərbaycan Həndbol Federasiyasının (AHF) ofisində Məşqçilər Şurasının iclası keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə AHF-nin mətbuat xidməti məlumat yayıb.

Toplantıda federasiyanın vitse-prezidenti Orxan Abbasov, idman şöbəsinin əməkdaşları və komandaların baş məşqçiləri iştirak ediblər.

Görüş zamanı ötən mövsüm ərzində məşqçilərin fəaliyyəti, mövcud vəziyyət və qarşıda duran vəzifələr haqqında danışılıb. Daha sonra XXXII Azərbaycan çempionatının reqlamenti, keçirilmə sistemi və oyun cədvəli barədə ətraflı məlumat verilib.

Müzakirələrin yekunu olaraq müvafiq qərarlar qəbul edilib.