SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin Xalq Respublikasının “Sinopec Engineering” şirkətinin prezidenti Zhang Xinming ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, SOCAR ilə Çin şirkətləri arasında mövcud əməkdaşlıq məmnunluqla qeyd olunub.
Söhbət zamanı neft və qazın emalı sahəsində, neft-kimya, rəqəmsallaşma, enerji keçidi, müasir emal texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə tərəflər arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.
Bakı Kitab Mərkəzində SOCAR-ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib - FOTO
Azərbaycanda ən çox özbək tələbə Bakı Ali Neft Məktəbində təhsil alır - Özbəkistanın Azərbaycandakı səfiri
“World LNG Summit”: Azərbaycan və Türkiyənin enerji strategiyaları beynəlxalq paneldə diqqət mərkəzində