Azərbaycan ağırlıqqaldıranı Tehran Məmmədov (65 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarını medalsız başa vurub.
“İki sahil” xəbər verir ki, idmançı zəif çıxış edib.
T.Məmmədov birdən qaldırmada 128 kq, təkanla qaldırmada 150 kq, toplamda 278 kq nəticə göstərib. Onun yekun sıralamadakı mövqeyi bu çəkildəki digər idmançılar çıxışlarını başa vurandan sonra dəqiqləşəcək.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb