Cüdo üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Südabə Ağayeva Səudiyyə Ərəbistanının paytaxı Əl-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
“İki sahil” xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən idmançımız yarımfinal mərhələsində Kamerun təmsilçisi Zita Ornella Biamini məğlub edərək adını həlledici görüşə yazdırıb.
Final qarşılaşması bu gün keçiriləcək.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb