Ruy Koşta yenidən "Benfika"nın prezidenti seçilib.
“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, qərar klubun direktorlar şurası tərəfindən keçirilən seçkilərdə verilib.
Koşta 65,9 faiz səs toplayıb. Digər namizəd Joao Noronha Lopes isə 34,11 faiz səs yığa bilib.
Ruy Koşya daha 4 il Lissabon klubunun rəhbəri olacaq. O, bu vəzifədə 2021-ci ilin yayından çalışır.
Qeyd edək ki, Rui Koşta futbolçu karyerası ərzində Portuqaliya millisi və “Benfika”, “Fiorentina”, “Milan” kimi klublarda çıxış edib.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar