Azərbaycanın boksçusu Səidcəmşid Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.
“İki sahil” xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda iordaniyalı idmançı Hüseyn Laşhaişlə qarşılaşıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn boksçumuz adını finala yazdırıb.
Qeyd edək ki, bu gün, həmçinin Aynur Mikayılova (57 kiloqram), Fatimə Mehdiyeva (65 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram) və Sərxan Əliyev (70 kiloqram) də yarımfinalda mübarizə aparacaqlar.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar