Həndbol üzrə Azərbaycan çempionatında I turun növbəti oyunları keçirilib.
“İki sahil” xəbər verir ki, “AHF Arena” idman kompleksində təşkil olunan ikinci yarış günündə iki matç oynanılıb.
Kişilərin mübarizəsində “Dinamo” - “Təhsil” görüşü maraqlı idman mübarizəsi şəraitində keçib. İlk hissəni 18:14 hesablı üstünlüklə bitirən “Dinamo” üstünlüyü sonadək qoruya bilib. Rəqibin ciddi müqavimətinə baxmayaraq, oyun “Dinamo”nun qələbəsi ilə yekunlaşıb - 33:30.
Qadınlar arasında keçirilən qarşılaşmada isə “İdman Akademiyası” “Bakı”dan üstün olub - 44:30.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar