Fransa millisinin və "Tottenhem"in hücumçusu Randal Kolo Muani zədələnib.
“İki sahil” xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 11-ci turunda "Mançester Yunayted"lə oyunda (2:2) sıradan çıxıb. Kolo Muani ikinci hissənin ilk dəqiqəsində "qırmızı şeytanlr"ın futbolçusu Harri Maquayrla toqquşub. Forvard oyuna davam edə bilməyib və əvəzlənib.
Əvvəlcə "Tottenhem"in tibb işçiləri zədəni yüngül hesab etsələr də, daha sonra onun çənəsinin sındığı ortaya çıxıb.
Goal.com-un yaydığı məlumata görə, Kolo Muani zədə səbəbindən Fransa millisinin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və Ukrayna ilə oyunlarını buraxacaq.
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noybarın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar