Azərbaycanın futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.
“İki sahil” xəbər verir ki, o, Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə keçiriləcək Avro-2026-nın final mərhələsində fəaliyyət göstərəcək 32 hakimdən biri olacaq. H. Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.
Beləliklə, tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.
Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı ildə yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar