Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.
“İki sahil” xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Türkiyə-Ukrayna görüşünün hakim-inspektoru olacaq.
H qrupunun qarşılaşması İstanbul şəhərində yerləşən “Kasımpaşa Recep Tayyip Erdoğan” stadionunda baş tutacaq.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar