Oyunlarda Azərbaycan komandası uğurla çıxış edir.
“İki sahil” xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
O, Azərbaycan idmançılarının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı çıxışını dəyərləndirib: "Bu gün cüdoda möhtəşəm qələbəyə şahidlik etdik. Komanda yarışında çempion olduq. Bu, Azərbaycanda cüdonun necə inkişaf etdiyini göstərir".
Ç.Hüseynzadə digər idman növlərində də qızıl medalların qazanılacağına inandığını vurğulayıb: "Yarışların hələ 1/3-i keçib. Qarşıda çox yarış var. Güləşçilərimiz, digər döyüş növlərində idmançılarımız Oyunlara qoşulacaqlar. İnanıram ki, medal sayı daha çox olacaq".
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar