İtaliyanın “Atalanta” klubu baş məşqçi İvan Yuric ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, 50 yaşlı xorvat mütəxəssis birinci komandanın baş məşqçisi vəzifəsindən azad edilib. Məlumatlara görə, yeni baş məşqçi vəzifəsinə Raffaele Palladinonun təyin olunması gözlənilir.
Qeyd edək ki, o, Can Pyero Qasperin ilə yolların ayrılmasından sonra iyun ayında “Atalanta”nın baş məşqçisi təyin olunmuşdu. Yuricin rəhbərliyi altında komanda 15 oyuna çıxıb, bunlardan 4-ü qələbə, 8-i heç-heçə və 3-ü isə məğlubiyyətlə nəticələnib. Komanda ardıcıl 8 oyundur qələbə qazana bilmir.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar