Niderlandlı hücumçu Erlinq Haalandın “Mançester Siti”ni tərk edərək “Real”a keçəcəyi barədə məlumatlar yayılıb.
“İki sahil” xəbər verir ki, “Defensa Central” nəşrinin məlumatına görə, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola Haalandın bu niyyətindən narazıdır. Məlumata görə, yeni müqaviləyə transfer bəndinin əlavə edilməsi qərarı Qvardiola ilə klub rəhbərliyi arasında fikir ayrılığı yaradıb.
Qeyd edək ki, cari mövsümdə 25 yaşlı hücumçu bütün turnirlərdə 15 matçda 19 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun cari müqaviləsi isə 2034-cü ilə qədər qüvvədədir.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar