Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zəyani Azərbaycanın Manamadakı səfiri Şahin Abdullayevi diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib.
Bu barədə "Report" Bəhreyn KİV-inə istinadən xəbər verir.
Görüş zamanı XİN başçısı diplomata Bəhreyn və Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və inkişafı üçün göstərdiyi səylərə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Ş.Abdullayev isə öz növbəsində göstərilən dəstəyə və səmərəli əməkdaşlığa görə Bəhreyn hökumətinə təşəkkür edib. Diplomat vurğulayıb ki, bu əməkdaşlıq iki ölkə arasında münasibətlərin inkişafına töhfə verib.
Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır - Prezident
Aİ komissarı: Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq
Prezident İlham Əliyev: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - YENİLƏNİB/FOTO