Azərbaycan milli komandasının noyabrın 13-də İslandiya yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
“İki sahil” xəbər verir ki, 8-ci km qəsəbə stadionunda təşkil olunacaq görüşün baş hakimi monteneqrolu olacaq.
Əsas referi Nikola Dabanoviçə Vladan Todoroviç və Srcan Yovanoviç kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək.
Serbiyalı Momçilo Markoviçlə Aleksandar Jivkoviç isə VAR-da təmsil olunacaqlar.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb