"İnter Mayami" Braziliya millisinin və "Santos"un futbolçusu Neymarı heyətinə qatmaqdan imtina edib.
“İki sahil” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
"İnter Mayami" ilə yanaşı, digər MLS klubları da hesab edirlər ki, Neymarı transfer etmək üçün investisiya qoymağa dəyməz.
33 yaşlı hücumçunun "Santos" la müqaviləsi ilin sonuna qədərdir. Əvvəllər bildirilirdi ki, braziliyalı forvard "Barselona"dakı keçmiş komanda yoldaşlarının forma geyindiyi komandaya -"İnter Mayami"yə keçə bilər.
Qeyd edək ki, Neymar keçmiş klubu "Santos"a qayıtdıqdan sonra 23 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar