Türkiyənin "Fənərbağça" klubunun əfsanəvi futbolçularından Tuncay Şanlı sabiq komandasına qayıdıb.
“İki sahil” xəbər verir ki, sabiq hücumameyilli yarımmüdafiəçi İstanbul təmsilçisində inkişaf direktoru vəzifəsinə təyin olunub.

O, aşağı yaş qruplarından ibarət kollektivlərlə əsas komanda arasında struktur koordinasiyanın gücləndirilməsinə çalışacaq.
Qeyd edək ki, Tuncay Şanlı 2002-2007-ci illərdə "Fənərbağça"da çıxış edib. Bu müddət ərzində o, 154 oyunda 59 qol vurub.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb