UEFA Türkiyənin “Fənərbaxça” klubunu cəzalandırıb.
“İki sahil” xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin UEFA Avropa Liqasında “Viktoriya”ya (Plzen) qarşı keçirdiyi səfər oyununda tribunada yaşananlar olub.
Belə ki, həmin matçda çexiyalı azarkeşlər “Vojna s Turkem musi bejt” (Türklərlə müharibə olmalıdır) pankartı açıb. Həmin pankart isə türkiyəli tərəfdarların narazılığına səbəb olub və qarşıdurma yaranıb.
Nəticədə UEFA “Fənərbaxça”nı 78 min avro (154 min manat) cərimələyib.
Üstəlik, növbəti iki səfər oyununda “Fənərbaxça” azarkeşlərinə bilet satılmayacaq.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar