14 noyabr 2025 15:26
103

İqtisadiyyata investisiya qoyuluşu 1 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 830 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çox investisiya yönəldilib.

"İki sahil" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 8,8 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 6 % artıb.

10 ayda istifadə olunmuş investisiyanın 7 milyard 499,8 milyon manatı və yaxud 50,6 %-i məhsul istehsalı sahələrinə, 4 milyard 863,3 milyon manatı və yaxud 32,8 %-i xidmət sahələrinə, 2 milyard 466,9 milyon manatı və yaxud 16,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 11 milyard 486,5 milyon manatını və yaxud 77,5 %-ni daxili investisiyalar təşkil edib, 11 milyard 493,8 milyon manatı və yaxud 77,5 %-i bilavasitə tikintiquraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.