14 noyabr 2025 15:39
91

Azərbaycanda əmtəəlik qaz hasilatı 2 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 42 milyard 128,4 milyon kubmetr təbii qaz hasil edilib.

"İki sahil" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 32 milyard 263,9 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 1,2 %, əmtəəlik qaz hasilatı isə 1,7 % artıb.

Ötən 10 ay ərzində Azərbaycanda 23 milyon 043 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 22 milyon 988,5 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2024-cü ilin 10 ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 4,6 % azdır.