Fransa yığmasının ulduz futbolçusu Kilian Mbappe milli komandanın düşərgəsindən ayrılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Buna hücumçunun ayaq biləyi ilə bağlı yaşadığı problemlər səbəb olub.
Mbappenin durumunda risk olduğundan o, heyətdən çıxarılıb və yaxın günlərdə tibbi prosedurlara başlayacaq. Bu səbəbdən hücumçu qarşıdakı Azərbaycan yığması ilə oyunda Fransa millisinə kömək edə bilməyəcək.
Qeyd edək ki, Azərbaycan–Fransa görüşü noyabrın 16-da Bakıda təşkil olunacaq.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar