14 noyabr 2025 17:45
111

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 3 %-ə yaxın azalıb

2025-ci ilin yanvar-oktyabr aylarında Bakı metrosunun xidmətlərindən 184 milyon 513,6 min nəfər istifadə edib.

"İki sahil" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 710 min nəfər və yaxud 2,5 % azdır.