Türkiyə təmsilçisi "Qalatasaray" hücumçusu Mauro İkardi ilə müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlara başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
İstanbul kollektivi 32 yaşlı forvardı komandada saxlamaqda maraqlıdır.
Tərəflər arasında hazırkı sözləşmə 2026-cı ilə qədərdir.
Qeyd edək ki, İkardi cari mövsüm bütün turnirlərdə 15 oyun keçirib və 6 qol vurub.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar