Futbolda ən nüfuzlu statistika və analitika şirkətlərindən “Opta” dünya üzrə ən güclü peşəkar liqaların yeni reytinq cədvəlini təqdim edib.
“İki sahil” xəbər verir ki, komandaların orta göstəriciləri, ən yüksək performans səviyyələri və liqaların ümumi rəqabət dərinliyi nəzərə alınaraq hazırlanan siyahıda 20 ən güclü çempionat yer alıb. Onların 16-sı Avropa liqalarıdır. Siyahıya İngiltərə Premyer Liqası başçılıq edir.
“Opta”ya görə dünyanın ən güclü 20 liqası
1. İngiltərə Premyer Liqası – 91 xal
2. İspaniya La Liqa – 84.9
3. Almaniya Bundesliqası – 84.7
4. İtaliya A Seriyası – 83.9
5. Fransa Liqa 1 – 82.5
6. İngiltərə Çempionşipi – 78.4
7. Belçika Pro Liqa – 78.1
8. Braziliya A Seriyası – 78
9. Portuqaliya Premyer Liqası – 77.3
10. MLS (ABŞ) – 76.6
11. Argentina Liqa Profesional – 76.5
12. Danimarka Superliqası – 76.3
13. Polşa Ekstraklasa – 75.6
14. Türkiyə Super Liqası – 75.3
15. Niderland Erediviziyası – 75.3
16. Xorvatiya HNL – 75.0
17. Almaniya 2-ci Bundesliqası – 74.8
18. Yaponiya J1 Liqası – 74.7
19. İsveçrə Super Liqası – 74.5
20. İspaniya Sequnda – 74.3
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar