Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunlarında Özbəkistanla matçının başlama saatı dəyişdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
"Green Hall" Olimpiya Kompleksində təşkil olunacaq görüş əvvəldən nəzərdə tutulduğu kimi bu gün Bakı vaxtı ilə saat 17:00-da deyil, 15:00-da start götürəcək.
Qeyd edək ki, milli B qrupunda Qazaxıstan və Özbəkistan komandaları ilə mübarizə aparacaq.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar