İsrail çempionatının üçüncü divizionunda çıxış edən “Yeremiahu Holon”un gənclər komandasının adı açıqlanmayan futbolçusu 99 il müddətinə futboldan kənarlaşdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı oyunçu matçdan sonra rəqibin komandanın futbolçusuna hücum edib. Hadisə paltardəyişmə otağının yaxınlığında baş verib və CCTV kameralarına düşüb.
Klub 700 avro cərimələnib və bir illik sınaq müddəti ilə 3 xallıq cəzalanıb.
"Yeremiahu Holon" da diskvalifikasiyanı dəstəkləyib və futbolçunun heyətdən kənarlaşdırıldığını açıqlayıb.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar