İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo DÇ-2026-nın seçmə mərhələləri haqda danışıb.
“İki sahil” ESPN-ə istinadən xəbər verir ki, mütəxəssis formatdan narazı olduğunu deyib:
"1990 və 1994-cü illərdə dünya çempionatlarında 2 Afrika komandası var idi (1994-cü ildə 3 - red.), indi isə 9-dur... Cənubi Amerikadan da 6 komnda iştirak edəcək. Təəssüf... Durum bir qədər kədərlidir. Avropada sistem dəyişməlidir".
Qeyd edək ki, Mekika, ABŞ və Kanadada təşkil olunacaq DÇ-2026-nın final mərhələsində 48 komanda mübarizə aparacaq. Mundiala Asiyadan 8, Afrikadan 9, Şimali Amerikadan 3 (+3 ev sahibi ölkələr), Cənubi Amerikadan 6, Okeaniyadan 1, Avropadan 16 + 2 komanda qatılacaq.
İtaliya millisi seçmə mərhələnin sonuna 1 tur qalmış İ qrupunda 18 xalla 2-cidir. Lider Norveçin 21 xalı var.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar