Bu gün "Globalinfo.az" saytının fəaliyyətə başlamasından 3 il ötür.
“İki sahil” xəbər verir ki, sayt 2022-ci ilin avqustunda yaradılıb, sentyabrın 15-də test mərhələsini başa vuraraq onlayn yayıma başlayıb.
Ardınca, 15 noyabr 2022-ci ildə platformanın fəaliyyəti ictimaiyyətə təqdim edilib və bununla da geniş oxucu kütləsi ilə real təmas dövrü başlayıb.
Saytın təsisçisi Azər Ayxan vurğulayıb ki, 3 il ərzində "Globalinfo.az"ı ölkə ictimaiyyətində, oxucular arasında, media sferasında və siyasi dairələrdə kifayət qədər tanıda bilib:
"Sayt qısa müddətdə inanılan, güvənilən, tez-tez istinad edilən resurslardan birinə çevrildi. İnanıram ki, bundan sonrakı fəaliyyətimizdə də bu uğurlarımızın üzərinə yenilərini əlavə edəcəyik".
"İki sahil"in kollektivi "Globalinfo"da çalışan həmkarları təbrik edir, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır!
BSU-nun rektoru Varşavada dəyişən geosiyasi reallıqlar şəraitində Azərbaycanın regional liderliyindən danışıb
Neftçalada “Azərbaycan dili və müasir dilçilik - problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib
BDU ilə Çinin Anhui Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub