"Beşiktaş"ın hücumçusu Vaslav Çerni Çexiya milli komandasından aldığı dəvəti qəbul etməyib.
“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu bu dəfə yığmaya qoşulmaq istəməyib və bütün diqqətini "Beşiktaş"dakı oyununa yönəltmək qərarı verib.
Məlumata görə Çerni "Beşiktaş"da öz yerini möhkəmləndirmək istəyir. Klub daxilindəki vəziyyətə görə komandasına maksimum kömək etmək niyyətindədir.
"Beşiktaş" rəhbərliyi də futbolçunun komandaya fokuslanmasını müsbət addım kimi dəyərləndirib.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar