DÇ-2026-nın seçmə mərhələsində səfərdə İspaniya yığması ilə üz-üzə gələcək Türkiyə millisinin heyətində dəyişiklik olub.

“İki sahil” federasiyanın rəsmi saytına istinadla xəbər verir ki, Kaan Ayhan, Aral Şimşir, Abdülkerim Bardakcı və Kerem Aktürkoğlu zədə səbəbindən heyətdən çıxarılıb.
Cəzalı durumda olan İsmail Yüksek isə düşərgədən ayrılıb. Əvəzində "Qalatasaray" klubundan Ahmed Kutucu heyətə daxil edilib.

Qeyd edək ki, İspaniya - Türkiyə matçı noyabrın 18-də, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsinə qatılıb
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb